image-reklam-veteninfo
image-1backend

Zelenski: “Rusiya artıq əlavə səfərbərliyə başlayıb” — Şimali Koreyadan 8 min hərbçi Rusiyadadır

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın faktiki olaraq əlavə səfərbərlik prosesinə başladığını və ordusu üçün xarici ölkələrdən daha çox canlı qüvvə cəlb etməyə hazırlaşdığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Zelenski  xalqa müraciətində Ukrayna kəşfiyyatının Rusiya ilə bağlı yeni məlumatlar əldə etdiyini deyib. Onun sözlərinə görə, Moskva müxtəlif yollarla orduya cəlb etdiyi insanların sayını artırır və xarici vətəndaşların döyüşlərə cəlb edilməsini genişləndirməyi planlaşdırır.

Ukrayna lideri Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığına da diqqət çəkib. Onun iddiasına görə, hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisi yerləşdirilib. Daha 10 min hərbçinin isə hazırlıqdan keçirildiyi və gələcəkdə Rusiyaya göndərilməsinin planlaşdırıldığı bildirilir.

Zelenski həmçinin Rusiyanın Şimali Koreyaya texnologiya və maliyyə dəstəyi göstərdiyini, bunun qarşılığında isə Pxenyanda “Şahed” tipli hücum dronlarının istehsalının təşkil edildiyini iddia edib.

Ukrayna prezidenti Rusiyanın silahlı qüvvələrinə şəxsi heyət göndərən ölkələrin hökumətlərini buna qarşı tədbir görməyə çağırıb. O, Kiyevin bu ölkələrə müvafiq məlumatları təqdim edəcəyini bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya ordusunda xarici vətəndaşların iştirakı daha geniş xarakter alır. O, daha əvvəl BMT Baş Assambleyasındakı çıxışında 47 ölkənin vətəndaşlarının Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb edildiyini bildirmişdi.

Zelenski Rusiyanın bu siyasətinə qarşı beynəlxalq təzyiqin, o cümlədən yeni sanksiyaların artırılmasının vacibliyini vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki