Ukrayna prezidenti Vladimir Zelenski ordunun çətin vəziyyətinə baxmayaraq, Rusiya ilə sülh danışıqlarına qarşı olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, Zelenski bunu Britaniyanın “Sun” qəzetinə müsahibəsində deyib.
O, etiraf edib ki, hazırda döyüş meydanında vəziyyət ağırdır. Eyni zamanda, Zelenski bildirib ki, Rusiya ilə dost olmaq və ya onunla danışıqlar masasına oturmaq mümkün deyil.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya döyüşlərin bitməsini istəmir, ona görə də demək olmaz ki, nəyin bahasına olursa olsun sülh bağlanmalıdır.