image-image_750x_63bd5c798b2e2backend

Zelenski Rusiyaya 10 bəndlik təklif verdi: Müharibənin dayanması üçün Kreml bu təklifləri qəbul etməlidir

image-reklam_sirab_01

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara Kiyevin Ukraynadakı vəziyyəti nizamlamaq üçün 10 bəndlik planını dəstəkləyir. Vətəninfo.az xəbər verir ki, RİA “Novosti”nin yazdığına görə, Çavuşoğlunun sözlərinə görə, Türkiyə tərəfi sənəd üzərində işləyir.

“Biz inanırıq ki, bu müharibə danışıqlar masası arxasında bitəcək, yaxşı olardı ki, ona tez bir zamanda çataq. Ötən ilin martında İstanbulda müəyyən inkişaflar baş verdi, amma yeni parametrlər, reallıqlar ortaya çıxdı. Rusiya indi danışıqlara hazır olduğunu bildirir, Zelenski 10 bəndlik proqram irəli sürüb. Biz Türkiyə bu planı dəstəkləyirik və üzərində işləyirik”, – Çavuşoğlu Cənubi Afrikada keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan etmişdi ki, Ukrayna hakimiyyəti təşkilatın baş katibinin mümkün vasitəçiliyi ilə fevralın sonunadək BMT ərazisində “sülh sammiti” keçirmək istəyir.

Bir müddət əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti Avropa və Ukrayna diplomatik dairələrindəki mənbələrə istinadən yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ətrafı Ukraynada on bəndlik “sülh planı”nı yekunlaşdırır və fevralda öz ideyalarını təqdim etmək niyyətindədir. Bundan əvvəl Zelenski G20 sammitində onlayn çıxışı zamanı Ukraynada 10 bənddən ibarət olan sülhün bərpası üçün addımlar barədə fikirlərini səsləndirdiyini açıqlamışdı. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Kiyevin məlum tələbləri yerinə yetirməsi və yeni ərazi reallıqlarını nəzərə alması şərti ilə Rusiyanın Ukrayna üzrə dialoqa açıq olduğunu təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki