image-reklam-veteninfo
image-1backend

Zelenski: “Rusiyaya hücumlarımız davam edəcək”

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev Rusiyaya qarşı zərbələrin intensivliyini artıracaq.

Vətəninfo.az  xəbər verir ki, onun sözlərinə görə, bu, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi gündəlik hücumlara verilən ədalətli cavabdır.

Zelenski bildirib ki, Ukrayna cəmiyyətində olduğu kimi, özündə də qəzəb hissi var, lakin bu hiss konkret addımlarla müşayiət olunmalıdır:

“Qəzəb və emosiyalar haqlıdır. Həm xalqımız üçün, həm də mənim üçün. Amma qəzəbin ardınca nəsə gəlməlidir. Qəzəbə yenidən qəzəblə cavab vermək olmaz. Onlar bunu hiss etməlidirlər”, – deyə Ukrayna lideri vurğulayıb.

Prezidentin sözlərinə görə, Rusiya cəmiyyəti hələ də Vladimir Putin tərəfindən başladılan müharibənin nəticələrini tam dərk etməyib.

Zelenski qeyd edib ki, Ukrayna artıq Rusiyanın hərbi infrastrukturunu dəstəkləyən obyektlərə qarşı hücumları genişləndirir. O, bu yaxınlarda Rusiyanın Tümen vilayətində yerləşən neft emalı zavoduna endirilən zərbəni misal göstərib. Prezidentin sözlərinə görə, həmin obyekt Ukrayna ərazisindən təxminən 2070 kilometr məsafədə yerləşir.

Ukrayna lideri əlavə edib ki, ölkə 3 min kilometrdən artıq məsafəyə uça bilən yeni pilotsuz uçuş aparatları hazırlayıb:

“Bunlar yeni və effektiv dronlardır. Biz daha uzağa çatacağıq. Çünki onların hərbi obyektlərinin, zavodlarının, neft bazalarının və qaz anbarlarının harada yerləşdiyini bilirik. Bizə daha uzaq məsafələrə zərbə endirə bilən silahlar lazımdır və biz bunu həyata keçiririk”, – deyə Zelenski bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki