image-reklam-veteninfo
image-1backend

Zelenski tərəfdaşları tənqid etdi: Kiyev hücumdan əvvəl xəbərdarlıq almayıb

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev və Kiyev vilayətinə endirdiyi zərbələrdən sonra ölkənin beynəlxalq tərəfdaşlarını hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükündə gecikmələrə görə tənqid edib.

Vətəninfo.az-ın məlumatına görə, Zelenski bu barədə oktyabrın 19-da “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya ötən gecə Kiyev və Kiyev vilayətinə 16 ballistik raket və müxtəlif tipli 200-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib.

Zelenski bildirib ki, hücumlar nəticəsində enerji obyektlərinə, tibb müəssisəsinə, məktəbə, metro stansiyasına və yaşayış binalarına ziyan dəyib.

Onun sözlərinə görə, zərbələr Ukraynanın 11 vilayətində enerji infrastrukturuna da təsir göstərib. Nəticədə 10-dan çox obyektə ziyan dəyib, ən azı 550 min ailə elektrik enerjisiz qalıb. Hücumlar zamanı ölən və yaralananların olduğu bildirilir.

Zelenski qeyd edib ki, Ukrayna bütün atəşkəs təşəbbüslərini dəstəkləyir, lakin Rusiya hücumlarını davam etdirir.

Ukrayna Prezidenti, həmçinin tərəfdaş ölkələrdən hücum barədə əvvəlcədən xəbərdarlıq almadıqlarını bildirib. O, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya təxirə salınması fonunda hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükündə yaranan gecikmələrə də etiraz edib.

Zelenskinin açıqlamaları Ukraynanın hava hücumlarından müdafiə imkanlarının gücləndirilməsi və Qərb tərəfdaşlarından hərbi dəstəyin vaxtında göstərilməsi məsələsini yenidən gündəmə gətirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki