image-image_750x_6396bea44487dbackend

Zelenski və Bayden nəyi müzakirə etdilər?  

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden arasında telefon danışığı olub. Bu barədə Ukrayna prezidentinin rəsmi Telegram kanalı məlumat yayıb.

Vətəninfo.az xəbər verir ki, Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi misilsiz müdafiə və maliyyə yardımına görə təşəkkür edib.

“Bu, təkcə döyüş meydanında uğur qazanmağa kömək etmir, həm də Ukrayna iqtisadiyyatının sabitliyinə dəstək verir”, – Zelenski yazıb.

O, ölkənin enerji sisteminin bərpasında ABŞ-ın dəstəyinin vacibliyini qeyd edib və bu sahədə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Zelenskinin sözlərinə görə, Bayden lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğunu, həmçinin ABŞ-ın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ölkənin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki