Ukrayna prezidenti Vladimir Zelenski ölkə əhalisinə axşam müraciətində bildirib ki, Ukrayna Zaporojyedə çoxmərtəbəli yaşayış binasına vurulan raket zərbəsinə görə ruslara hərbi və hüquqi cavab verəcək.
Ukrayna dövlətinin başçısı xəbərdarlıq edib: “Zaporojyeyə bugünkü amansız raket hücumuna bizim cavabımız olacaq. Həm hərbi, həm də hüquqi. İşğalçı sözün bütün mənalarında bizim ədalət qüdrətimizi hiss edəcək”.
Qeyd edək ki, martın 2-nə keçən gecə ruslar Zaporojyedə hündürmərtəbəli binanı vurublar. Nəticədə bina az qala tamamilə dağılıb. Raket hücumu 4 nəfərin həyatına son qoyub. Daha on mülki şəxs itkin düşmüş hesab olunur. Xilasedicilər onları axtarır.