image-1120270_fullbackend

Zelenskinin öldürülməsini tələb etdiyi Priqojindən ŞOK AÇIQLAMA

image-reklam_sirab_01

Biznesmen Yevgeni Priqojin Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Vaqner PMC-nin təsisçisinə sui-qəsdin təşkilini müzakirə etməsi ilə bağlı məlumatı şərh edib.

O, bunu “yaxşı ideya” adlandırıb və “töhfə” verməyə hazır olduğunu vurğulayıb.

“Bəli, xəbərim var, bu barədə mənə mətbuat xidmətindən məlumat verilib. Bu, çox yaxşı fikirdir. Razıyam ki, Priqojini ləğv etməyin vaxtıdır. Mənə müraciət etsələr, mütləq kömək edəcəyəm”, – Priqojin bildirib.

Bundan əvvəl “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov demişdi ki, Amerika kəşfiyyat xidmətinin rəhbəri ilə danışıqlar zamanı Zelenski “Vaqner PMC” şirkətinin təsisçisinə qarşı sui-qəsdi müzakirə edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki