image-7777backend

Zəlzələ bölgəsində qəribə olay: dəniz suyu 20 metr geri çəkildi

image-reklam_sirab_01

Türkiyənin zəlzələ bölgəsində qəribə təbiət hadisələri baş verir.

7,8 və 7,6 bal gücündı iki böyük zəlzələdən bir gün sonra Hatayın İskəndərun bölgəsində dəniz səviyyəsi yüksəlib.

Baş verən mini-sunami nəticəsində dəniz suları sahil xəttini aşaraq 200 metrə qədər içəri daxil olmuş, bəzi küçələr su altında qalmışdı.

Türkiyə televiziya kanallarının verdiyi xəbərə görə, dünən baş verən 6,4 ballıq zəlzələdən bir gün öncə Hatayda daha bir qorxunc mənzərə yaranıb. Belə ki, dəniz suyu müxtəlif sahələrdə sahildən 4-20 metr geri çəkilmişdi. Bunu nəzərə alan əlaqədar orqanlar, əhali mümkün sunami təhlükəsi barədə xəbərdar edilib.

Amma bütün tədbirlərə və xəbərdarlıqlara baxmayaraq, dünən baş vermiş daha iki güclü zəlzələ zamanı yenə ölənlər və yaralananlar olub. Böyük bir məhəllədə salamat qalmış yeganə binada axşam yeməyinə toplanmış bütöv ailə uçqun altında qalıb, ailənin yalnız bir üzvünü xilas etmək mümkün olub.

Hatay valiliyinin əvvəlki zəlzələlərə dözən tarixi binası da istifadəyə yararsız hala düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki