image-2023-02-08-1backend

“Zəlzələ kahini”  xəbərdarlıq etdi: 13-14 fevralda…

image-reklam_sirab_01

Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında açıqlayan “zəlzələ peyğəmbəri” ləqəbli məşhur zəlzələ mütəxəssisi Frank Hoogerbeets bir video yayımlayaraq 13-14 fevral tarixinə diqqət çəkdi.

Vətəninfo.az xəbər verir ki, fevralın 3-də paylaşımında “Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 zəlzələ olacaq” ifadələrini işlədən dünya şöhrətli zəlzələ mütəxəssisi Frank Hoogerbeets sosial media hesabından daha bir diqqətçəkən video paylaşıb.

Ayın həndəsəsinin önümüzdəki günlərdə güclü seysmik aktivliyə səbəb ola biləcəyini ifadə edən Huqerbeets, “6 bal gücündə bir təkana səbəb olacaq bu seysmik hərəkətin fevralın 8-də olması gözlənilir” dedi.

image-kahramanmaras-depremini-onceden-bilen-deprem-15615138_8022_m

13-14 FEVRAL TARİXLƏRİNƏ DİQQƏT

Türkiyədə 5-6 bal gücündə zəlzələlərin davam edəcəyini ifadə edən Hoogerbeets, şərhinin davamında, “10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayları arasında formalaşdığını görürük. Fevralın ortaları olan 13-14 fevral tarixləri təhlükəli günlərdir. Bu bir az daha kritik ola bilər”.

7.6 ZƏLZƏLƏYƏ DƏ XƏBƏRDARLIQ OLUNUB

Qeyd edək ki, Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən Hoogerbeets 7,6 bal gücündə zəlzələdən əvvəl “Güclü təkanların davam edəcəyi” xəbərdarlığını edib. Bu xəbərdarlıqdan dərhal sonra Kahramanmaraşda daha 7,6 bal gücündə zəlzələ baş verib.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki