image-depremzedeleri-dolandiran-sahis-tutuklandi-15655674_ampbackend

Zəlzələdən zərərçəkənləri aldadan şəxs tutulub

image-reklam_sirab_01

Adanada zəlzələdə xəsarət alan vətəndaşları  “özəl xəstəxanada pulsuz müalicə etdirəcəm” yalanı ilə aldadan şəxs tutulub.Vətəninfo.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdə dağılmış evlərinin dağıntıları altından xilas edilərək Adanaya gətirilən yaralılar müxtəlif xəstəxanalarda müalicə olunub. Fırıldaqçılıqla bağlı bir çox qeydləri olan Ercan B. (51) dövlət xəstəxanasında fəlakət qurbanlarının yanına gedərək, özəl xəstəxanalarda tanıdığı həkimlərin olduğunu və onları orada daha yaxşı şəraitdə müalicə etdirəcəyini söyləyərək pul tələb edib. Ercan B. zəlzələ qurbanlarını aldadaraq onların pullarını mənimsəyib.

Zəlzələ qurbanlarının şikayəti üzərinə İl Təhlükəsizlik Müdirliyinə gedən Fırıldaqçılıq Büro Komandirliyi qrupları hərəkətə keçdi. Şübhəlinin ünvanını təyin edən polis, keçirdiyi basqında Ercan B.-ni saxlayıb. Polis bölməsinə aparılan Ercan B. ona qarşı irəli sürülən ittihamları qəbul edərkən, zəlzələ qurbanlarından aldığı pul və mobil telefonlar tapılmayıb. Proseslərdən sonra ədliyyəyə sövq edilən Ercan B. gətirildiyi məhkəmə tərəfindən həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki