image-bafdce8a-c5ce-4941-bb8a-688ea786403cbackend

Zəlzələnin vurduğu zərər 4 milyard dolları keçə bilər

image-reklam_sirab_01

Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən zəlzələnin iqtisadi ziyanı 4 milyard dolları keçə bilər.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”dən bildirilib.

“Vəziyyət inkişaf etdikcə iqtisadi itkiləri qiymətləndirmək çətindir, lakin onların 2 milyard dolları ötməsi və 4 milyard dolları keçməsi ehtimalı var”, – agentliyin hesabatında deyilir.

Eyni zamanda, agentlik təbii fəlakətdən zərər çəkmiş ərazilərin sığorta təminatının aşağı olmasına işarə edərək, sığortalanmış itkilərin həcmini 1 milyard dollar səviyyəsində qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki