Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər görən şəhərlərdən biri də Hataydır. Vətəninfo.az xəbər verir ki, 7,7 bal gücündə zəlzələdə Hataydaçoxsaylı yaşayış binaları dağılıb. Zəlzələnin böyüklüyü pilotsuz təyyarə ilə havadan görüntülənib.
Şəhərdə vəziyyətin ürəkaçan olmadığını bildirən Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaş, “Hatayda vəziyyət çox pisdir. Təəssüf ki, çoxsaylı itkilərimiz var. 1200-ə yaxın bina dağılıb. O, deyib: “Antakyada, Kırıkhanda, İskəndərunda binaların altında çoxsaylı insan var. Bunlardan başqa biz imkanlarımızla onu xilas etməyə çalışırıq. Texnikanı çox yerləşdirə bilmirik.”