Zəngəzur Dəhlizi
Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi bir mahaldır. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi.
44 gün davam Vətən müharibəsi təkcə Ermənistan ordusunun darma dağın etməklə, ağır məğlubiyyəti və torpaqlarımızdan qovulması ilə nəticələnmədi, eyni zamanda, illər əvvəl Ermənistana güzəştə gedilmiş, bolşeviklər tərəfindən əlimizdən alınmış Zəngəzur məsələsini də gündəmə gətirdi.Muharibədən öncə Qarabağla bağlı danışıqlar masasında olmayan Zəngəzur dəhlizi məsələsi 2020-ci ilin 10 noyabr razılaşmasının bəndlərindən birinə çevrildi. İndi biz sadəcə Qarabağda möhkəmlənmədik ,eyni zamanda 10 noyabr bəynaməsinə əsasən Zəngəzur dəhlizinin açılması ilə, Naxçıvanla birbaşa əlaqənin yaranmasi, Türk dünyasının quru sərhədlərinin birləşməsi ilə nəticələn bilər.Buna görədə Zəngəzur dəhlizinin yaradılması vacibdir və Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.Ali baş komandan İlham Əliyev Zəngəzur məsələsinə toxunaraq demişdir:”Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.Ermənilər tərəfindən 101 il bundan əvvəl zorla qopardıqları,hər zaman olduğu kimi özəlləşdirməyə çalışdiqlari bizim doğma tarixi torpaqlarımıza qayıtmağımızın təməli artıq qoyulub. İllər əvvəl bizə mümkünsuz kimi gələn, xəyal kimi görünən, bu məsələ son 100 ildə heç bir vaxt bu qədər gerçəkləşməyə yaxın olmayıb.Biz inanırıq Ali Baş komanda İlham Əliyevin rəhbərliyi ilə tezliklə biz öz tarixi mahalımıza geri dönəcəyik və heç bir qüvvə buna mane ola bilməz!!
XƏLİLOVA SƏRVİNAZ-YAP