image-52fdb51b-1a08-3f77-b06d-6b82bfd9beaa_850backend

Zəngilanlıların reallaşan arzuları

image-reklam_sirab_01

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz düşmən işğalı altında qalan Zəngilan rayonunu da azad etdi. Çox təəssüf ki, 27 illik işğal müddətində düşmən Zəngilanı da viran qoymuş, rayon ərazisində bütün tikililəri, tarixi abidələri, mədəni irsi dağıtmış, meşələri qırıb talamışdır.
Tarixi Zəfərdən dərhal sonra azad olunan ərazilərdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verilmişdir. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir, rayon yenidən qurulur.
Mayın 26-da cənab Prezidentin və Mehriban xanım Əliyevanın Zəngilan rayonuna növbəti səfəri zamanı Zəngilan məscidində aparılan tikinti işlərinin gedişatı ilə tanışlığı göstərdi ki, erməni əsarətindən qurtulmuş və bugün təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması işləri sürətlə davam etdirilir.
Həmçinin, Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri onu deməyə əsas verir ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Zəngilan İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər ki, bu layihənin də əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaqdır.
Zəngilan rayonunda həyata keçirilən əsas layihələrdən biri də məhz Zəngilan şəhərinin Baş planıdır ki, artıq bununla da bağlı böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu – İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə qısa müddətdə ərzində Zəngilan şəhərinin beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanına çevirəcəkdir.
Baş planının konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir ki, bu da gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcəkdir.
Ümumilikdə bu layihədə nəzərdə tutulmuş “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi işğaldan azad olunmuş Zəngilanın gerçəkləşən arzularıdır ki, bu da Zəngilanın yaşayış üçün əlverişliliyinin artırılması, nəqliyyat sisteminin ekoloji təmiz, müasir və davamlı olması fonunda, həm də iqtisadiyyatın inkişafı baxımından Zəngilanı region səviyyəsində nümunəvi şəhərə çevirəcəkdir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image