image-10backend

10 Noyabr tarixli Bəyanat tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq

image-reklam_sirab_01

10 Noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasın Baş Naziri Nikol Paşinyan və Rusiya Federativ Respublikasının Prezidenti Vladimir Putin arasında üçtərəfli atəşkəs bəyənatı imzalandı.

Daha öncə Nikol Paşinyan danışıqlara razı olmadığını bildirsə də , artıq sonradan Azərbaycan Ordusunun Şuşanı nəzarətə götürdüyünü və Xankəndi üçün kritik vəziyyət yarandığını anladıqdan sonra danışıqlara razı olur. Bu bəyənata əsasən Qarabağ ərazisindəki hərbi əməliyyatlar dayandırıldı və eləcə də bir sıra qərarlar qəbul edildi:
1. Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılır.
2. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.
3. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.
Sonradan Ermənistan xalqı qəbul edilən qərarlara öz narazılığını bildirdi. Ölkə daxilində bir sıra aksiyalar, mitinqlər keçirildi. Eləcə də bəyənatın bir sıra şərtləri pozuldu. Belə ki, Ermənistan Respublikası bəyanatın 6-cı maddəsinə əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonununu Azərbaycan Respublikasına qaytarmalı idi. Lakin 15 noyabr tarixində bu müddətin daha 10 gün uzadıldığı məlum olur. 2020-ci ilin 26 noyabr tarixində isə işğaldan azad olunmuş Xocavənd rayonunun Sor kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilər tərfindən qəfil hücumu təşkil edilir və bunun nəticəsində 3 hərbi qulluqçumuz öldürülür, 2 nəfər isə yaralanır. Dekabrın 10-da Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan ordusunun əsgərlərinə və mülki şəxslərə hücum etdirlər və nəticədə insanlar öldürülür və yaralanır. Bundan sonra rus sülhməramlıları kəndlərə daxil olur və həmin ərazilərə nəzarət etməyə başlayırlar. Bu 10 noyabrda imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının ilk maddəsini pozur.
G.Məcidova

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki