Bodibildinq üzrə veteran Endryu Bostinto 80 ildən artıqdır idmanla məşğuldur. Vətəninfo.az xəbər verir ki, bu ilin may ayında, 100 yaşına çatdıqdan cəmi dörd ay sonra, o National Gym Association (NGA) tərəfindən təşkil olunan fitness turnirində birinci yerə çıxaraq çempion kəməri qazanıb. Qeyd edək ki, NGA – bodibildinqin inkişafına həsr olunmuş qeyri-kommersiya təşkilatıdır və Bostinto onun qurucusu və prezidenti olaraq fəaliyyət göstərir.
Endryu Bostinto bütün həyatını fiziki formanın qorunmasına həsr edib. 13 yaşından əvvəl parkda məşq etməyə başlayan idmançı gimnastika və əl üzərində balans bacarıqları ilə məşğul olub, 17 yaşında isə model kimi çalışıb. 52 yaşında o, “Senior Mr. America” titulunu qazanıb. Lakin, Bostinto üçün ən böyük fəxr ABŞ Ordusunda 29 il xidmət etməkdir – o, İkinci Dünya Müharibəsinin veteranıdır.
Sağlamlığı və yaxşı fiziki formayı uzun müddət qorumaq istəyənlərə Bostintonun tövsiyəsi belədir:
“Ən vacibi – nəyi əldə etmək istədiyini bilməkdir. Tamamilə ona həsr olun. Disiplinli ol. Zamanını boş yerə sərf etdiyini deyənləri dinləmə. Negativ fikirlərə qulaq asma.”
Endryu Bostinto nümunəsi göstərir ki, düzgün yanaşma və davamlı məşq hər yaşda sağlamlıq və enerji saxlamağa kömək edə bilər.