image-quliyev-nesimibackend

20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün

image-reklam_sirab_01

Bəli, bu gün Zəngilanın işğaldan azad olunmasından 1 il ötür. Prezident, qalib Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev ötən il Zəngilan şəhəri və rayonun daha bir neçə kəndinin azad olunması ilə bağlı xalqa müjdə verdi. Həmin gün xüsusilə, Zəngilanlıların sevincinin həddi-hüdudu yox idi. 28 ildən sonra onlar öz doğma yurdlarına qovuşurdular. Artıq 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.
Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Zəngilan döyüşü nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Zəngilan rayonu da qısa müddət ərzində bərpa olunacaq və 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu ərazilərdə həyat bərpa olunacaq! Zəngilan öz doğma sakinlərinə qovuşacaq. Bütün bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Suraxanı rayonu, Ələddin Məmmədov adına
76 №-li tam orta məktəbin direktoru Quliyev Nəsimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki