image-bez-nazvaniya-1backend

2022-ci ildə dünyanın ən bahalı şəhərlərinin adı açıqlandı: Nyu York ilk dəfə reytinqə birinci oldu

image-reklam_sirab_01

Dünyanın 172 iri şəhərində qiymətlər son bir ildə 8,1% bahalaşıb – bu, son 20 ilin rekordudur.

Vətəninfo.az xəbər verir ki, 2022-ci ildə yaşayış minimumu baha  olan dünya şəhərlərinin reytinqinə Nyu York və Sinqapur başçılıq edir.

Bunu Britaniyanın Economist jurnalının tərtib etdiyi  yeni reytinqdə açıqlayıb.

Reytinqi tərtib edən Economist Intelligence Unit qeyd edib ki, son bir ildə dünyanın 172 iri şəhərində qiymətlər 8,1% artıb. Bu, jurnalın dünyada yaşayış minimumu ilə bağlı məlumat topladığı son 20 ildə ən böyük rəqəmdir.

Ekspertlər belə bir sıçrayışın səbəbini Rusiyanın Ukraynaya qarşı müharibəsi və Pekinin davamlı olaraq pandemiyaya görə qtətbiq etdiyi Çində “sıfır kovid” siyasəti hesab edirlər. Tədqiqatın rəhbəri Upasana Dutt bildirib ki, bu amillər “təchizat zəncirlərində problemlər yaradıb və yüksələn valyuta məzənnələri ilə birlikdə bütün dünyada yaşayış böhranına səbəb olub”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki