image-1backend

206 min manatı mənimsəməkdə ittiham olunan şirkət rəhbərinin işi məhkəməyə göndərilib

image-reklam_sirab_01

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən şirkət rəhbəri barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan  Vətəninfo.az-a verilən xəbərə görə, şirkət rəhbəri tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin leqallaşdırması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Kərimov Rüfət Nurəddin oğlunun 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəməsinə, bununla da cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Kərimova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə iş üzrə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki