image-tttbackend

3 saylı Uşaq Evində heç bir yoluxucu xəstəlik aşkar edilməyib-Eldar Yunusov

image-reklam_sirab_01

Mətbuatda 3 saylı Uşaq Evi ilə əlaqədar gedən məlumatlarla əlaqədar Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov  Veteninfo.az-a bildirib ki, məsələ ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, müvafiq tibb müəssisəninin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılmış və araşdırılmalar aparılımışdır.
“Araşdırma nəticəsində 3 saylı Uşaq Evində heç bir yoluxucu xəstəlik aşkar edilməmiş, tibb mütəxəssisləri tərəfindən həmin uşağa əsasən yaz və payız aylarında kəskinləşən Atopik Dermotit xəstəliyi diaqnozu təyin edilmişdir. Araşdırma nəticəsində müəssisədə ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmasına baxmayaraq bəzi nöqsanlar müəyyən olunmuşdur. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilmiş və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürmüşdür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki