image-reklam-veteninfo
image-tia_f3ccdd27d2000e3f9255a7e3e2c48800_vabsrpi8tjmcog5xk012-645x430backend

“40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi” -Məşhur poliqlot (Video)

image-reklam-veteninfo

Məşhur poliqlot Aslan Məmmədzadə Lənkəran Mərkəzi Xəstəxanasının İnsan resursları şöbəsinin müdiri Elbəy Fətəliyev barədə TƏBİB-ə şikayət ünvanlayıb.

Vətəninfo.az xəbər verir ki, o, bu barədə özünün İnstaqram səhifəsində paylaşım edib.

Poliqlotun sözlərinə görə, onun atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il fəaliyyət göstərib. 2 il əvvəl 65 yaşı tamam olsa da, onunla əlaqə saxlayaraq kadr çatışmazlığına görə qalıb fəaliyyətini davam etdirməyini istəyiblər.

2 il ərzində rəhbərlik dəyişir və Elbəy Fətəliyev Etibar Məmmədovla əlaqə saxlayaraq bildirir ki, qaydalar dəyişib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Etibar Məmmədovla müqaviləyə bitməyinə 6 ay qalmış xitam verir.

Məsələ ilə bağlı TƏBİB videoya şərh yazaraq bildirib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq və nəticə barədə məlumat veriləcək.

Axar.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki