image-1backend

61 yaşlı idmançı  Olimpiya Oyunlarında rekorda imza atıb

image-reklam_sirab_01

Lüksemburqun 61 yaşlı təmsilçisi Ni Sialyan 2024-cü il Olimpiya Oyunlarının stolüstü tennis turnirinin 2-ci turunda rəqibinə qalib gəlib.

İyulun 27-də baş tutan qarşılaşma 49 dəqiqə davam edib və 4:2 hesabı ilə Niinin xeyrinə başa çatıb.

Çin əsilli idmançı Olimpiya Oyunlarında turnir qazanan ən yaşlı tennisçi olub.

Ni altı Olimpiya Oyunlarının iştirakçısıdır, 1983-cü ildə dünya çempionatında iki qızıl medal qazanmışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image