62 nəfərə qarşı dələduzluqda və rüşvət verməyə təhriketməkdə təqsirləndirilən Könül Kazımovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.
Qeyd edək ki, Könül Kazımova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri təqsirləndirilir. Cinayət işi üzrə 62 nəfər zərərçəkən şəxs kimi tanınıb.