image-reklam-veteninfo
image-1backend

“7 La Liqa çempionluğunu oğurladılar”: Barcelona Florentino Peresi məhkəməyə verdi

image-reklam-veteninfo

“Real Madrid” və “Barcelona” arasında uzun illərdir davam edən rəqabət bu dəfə məhkəmə müstəvisinə daşınıb.

Vətəninfo.az xəbər verir ki, “Barcelona” klubunun “Real Madrid”in prezidenti Florentino Peresə qarşı şikayəti üzrə tərəflər noyabrın 25-də Madrid məhkəməsində üz-üzə gələcəklər.

Mübahisəyə səbəb Peresin son mətbuat konfransında səsləndirdiyi fikirlərdir. “Real Madrid” prezidenti klubun bəzi La Liqa çempionluqlarından məhrum edildiyini iddia edərək, “7 La Liqa çempionluğunu oğurladılar” ifadəsini işlədib.

“Barcelona” isə bu açıqlamaları böhtan kimi qiymətləndirib və Peresdən sözlərini geri götürməsini tələb edib.

Tərəflərin noyabrın 25-də Madrid məhkəməsində keçiriləcək iclasda məsələnin həlli üçün bir araya gələcəyi bildirilir. Razılıq əldə olunmayacağı təqdirdə hüquqi prosesin davam etdirilməsi gözlənilir.

Beləliklə, İspaniya futbolunun iki nəhəngi arasındakı qarşıdurma meydandan kənarda da yeni mərhələyə qədəm qoyub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki