image-1backend

“8 Noyabr”da yolu keçmək istəyən piyadanı maşın vurdu

image-reklam_sirab_01

Paytaxtın Xətai rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Vətəninfo.az xəbər verir ki, hadisə ötən gün saat 10:40 radələrində qeydə alınıb.

Belə ki, sürücü Zamiq Abbasov idarə etdiyi “Toyoto” markalı avtomobillə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən piyada qismində yolu keçməyə çalışan Sahib Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki