image-2backend

8 otaqlı evdə yanğın – 15 yaşlı yeniyetmə ÖLDÜ

image-reklam_sirab_01

Bərdədə fərdi yaşayış evində yanğın olub.

Vətəninfo.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (APA)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki