image-2022-08-25-7backend

80 yaşlı yəhudi:Kral Salman bin Əbdüləzizə və Əlahəzrət şahzadəyə yalvarıram.

image-reklam_sirab_01

Səudiyyə əsilli İsrailli David Şunker bu həftə kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmana doğma şəhərini ziyarət etmək üçün müraciət edib.

Vətəninfo.az  xəbər verir ki, Şunker “Wall Street” jurnalında yaydımlanan məqaləsində qeyd edir ki, o Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhəri yaxınlığında yaşamış və sağ qalan sonuncu yəhudidir: “Artıq 80 yaşına yaxınlaşan  biri olaraq, Allahın mənə nə qədər yaşamağa icazə verəcəyini bilmirəm və arzum sevimli doğma yurdumla vidalaşmaqdır. Xahiş edirəm, bu arzunu mənə çatdır.”

O, həmçinin Nəcranda böyüdüyü uşaqlıq xatirələrini xatırladıb:

“Bir vaxtlar Nəcranda və onun ətrafındakı kiçik kəndlərdə altmışa yaxın yəhudi ailəsi yaşayırdı. Bəziləri 1930-1940-cı illərdə Kral Əbdül-Əziz İbn Səudun yanında işləyir, onun əsgərlərinin silahlarını saxlayırdı. Digərləri isə çilingər, dülgər kimi işləyirdilər”.

Şunker yazır ki,Qonşu Yəməndəki qaydanın əksinə olaraq, Nəcran yəhudilərinə ənənəvi xəncəri olan cəmbiyyəni kəmərlərində gəzdirməyə icazə verilirdi: “Bu günə kimi padşahın əsgərlərinin məni şirniyyatlarla korlayıb, qıvrım saçlarımı sığalladığını xatırlayıram”.

O, 1934-cü ildə Nəcranın Səudiyyə Ərəbistanının (keçmiş Yəmən) bir hissəsi olduğunu və indi kralın himayəsində olan yəhudilərin özlərini təhlükəsiz hiss etdiklərini qeyd edib.

O bildirib ki, 1948-ci ildə İsrail Dövləti qurulanda ailəsi  və bütün yəhudi icması oranı tərk etməli olub.

“1948-ci ildə yəhudiləri kralın nümayəndələri əsas meydana toplaşmağa çağırdılar. Orada 260 nəfərlik, əsasən də mənim kimi uşaqlardan ibarət dəvə karvanı gözləyirdi. Mən 1944-cü ildə anadan olmuşam. Ailələrimizin əşyaları dəvələrə yüklənirdi. və gün batmazdan əvvəl biz Yəmən sərhədinə doğru getməyə başladıq. Son illərdə dünya Səudiyyə Ərəbistanında dərin dəyişikliklər gördü. Bu dəyişikliklər krallığın gələcəyinə böyük ümidlər yaratdı. Gələcəyə olan ümid ruhunda mən Əlahəzrət Kral Salman bin Əbdüləzizə və Əlahəzrət şahzadəyə yalvarıram. Şahzadə Məhəmməd bin Salman mənə Nəcrana getməyə icazə versin. Nə qədər ki, səyahət etmək üçün kifayət qədər gücüm var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki