Oğuzda yanğın hadisəsi baş verib.
“Veteninfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında, rayonun Şirvanlı kəndində qeydə alınıb.
Yaşayış evlərindən birinin yanması nəticəsində orada yaşayan 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızı yanaraq ölüb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.