Bursansanın İnegöl rayonunda beşinci mərtəbənin eyvanından yıxılan 9 aylıq Cudi Nebhan adlı körpə ağır yaralanıb.
Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə türkiyə saatı ilə saat 10:30 radələrində Sinanbey Məhəlləsi Zəfər Prospektində baş verib. 5 mərtəbəli mənzilin sonuncu mərtəbəsindəki mənzildə yaşayan Suriya vətəndaşları Muhammed (28) və Tamador Nebhanın (25) Cudi adlı 9 aylıq körpə valideynləri içəridə olarkən eyvana sürünərək çıxıb. .
Körpə oynayarkən eyvandakı oturacağa, daha sonra qoruyucu divarın üzərinə çıxaraq, təxminən 15 metr hündürlükdən beton döşəməyə yıxılıb. Kənardan gələn səs-küylə balkona çıxan cütlük körpələrinin yerdə hərəkətsiz uzandığını görüb dərhal onun yanına düşüblər.
Cudi körpə xüsusi avtomobillə İnegöl Dövlət Xəstəxanasına aparılıb. Ağır yaralanan körpə oradakı ilk müdaxilənin ardından Bursa Yüksek İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Cudi Nebhanın səhhətinin ağır olduğu öyrənilərkən, polis hadisə ilə bağlı araşdırma başlatdı.