image-reklam-veteninfo
image-1backend

ABŞ 65 ildən sonra çempion oldu

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsveç və Danimarkada xokkey üzrə dünya çempionatı başa çatıb.

Stokholmda baş tutan final İsveçrə və ABŞ komandaları arasında keçirilib.

Amerikalılar 1:0 hesabı ilə qalib gələrək 65 ildən sonra ilk dəfə dünya çempionu oldular.

ABŞ komandası sonuncu dəfə 1960-cı ildə Dünya Kubokunu qazanıb.

Əlavə vaxtda yeganə qolu əlavə vaxtın 3-cü dəqiqəsində topu qapıdan keçirən Tage Tompson vurub.

Yarımfinalda amerikalılar İsveç komandasını 6:2, isveçrəlilər isə Danimarkanı 7:0 hesabı ilə məğlub ediblər.

İsveç Danimarkanı 6-2 hesabı ilə məğlub edərək turniri üçüncü pillədə başa vurub.

Bütün xokkey turnirlərinin favoriti olan Kanada yığması danimarkalılara uduzaraq 1/4 finalda mübarizəni dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki