image-af38aab3-021a-37a0-85c7-d0926adab0f9_850backend

ABŞ beş Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb, ikisi həbs edilib

image-reklam_sirab_01

ABŞ hakimiyyəti beş Rusiya vətəndaşını və iki Venesuela neft treyderini sanksiyalardan yayınma və çirkli pulların yuyulmasında ittiham edib.

Bu barədə ölkədə Baş Prokurorluğun funksiyalarını yerinə yetirən ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Sənədə əsasən Yuri Orexov, Artem Uss, Svetlana Kuzurqaşeva, Timofey Teleqin və Serqey Tulyakov, həmçinin Venesuelalı neft treyderləri Xuan Fernando Serrano Ponce və Xuan Karlos Sotoya qarşı 12 maddə üzrə ittiham irəli sürülüb. Qeyd olunub ki, Artem Uss Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğludur.

Qeyd olunub ki, adları çəkilən şəxslər ABŞ-dan qeyri-qanuni olaraq hərbi texnologiya və sanksiyaya məruz qalan Venesuela neftini əldə etmək sxemində iştirak ediblər. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, neftin qara bazarda satışından əldə olunan gəlirlər rus oliqarxlarına verilib.

ABŞ Ədliyyə Nazirliyi əlavə edib ki, Orexov və Uss oktyabrın 17-də müvafiq olaraq Almaniya və İtaliyada saxlanılıb. Onların ABŞ-a ekstradisiyasına hazırlanır. Onlara qarşı sürülən ittihamlar öz təsdiqini taparsa hər iki şəxsi 30 ilə qədər həbs gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki