image-image_750x_6584858494fc5backend

ABŞ-da güclü zəlzələ baş verdi

image-reklam_sirab_01

ABŞ-ın Alyaska ştatının bir hissəsi olan Aleut adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ eyniadlı adada yerləşən Adak şəhərindən 106 km aralıda qeydə alınıb.

Zəlzələnin episentri Rusiyanın Anadır şəhərindən 1540 km, Petropavlovsk-Kamçatski şəhərindən 1766 km aralıda yerləşib. Yeraltı təkanların ocağı 33,2 km dərinlikdə olub.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki