image-14backend

ABŞ-da polis İŞİD təhlükəsi ilə əlaqədar təhlükəsizliyi gücləndirir

image-reklam_sirab_01

ABŞ-ın Virciniya ştatının polisi İŞİD terror qruplaşmasının potensial təhlükəsi səbəbindən paytaxta yaxın ərazilərdə nəzarəti artırıb.

Veteninfo.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları Vaşinqton ətrafında yerləşən ticarət mərkəzləri üçün potensial təhlükə barədə xəbərdarlıq alıb.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini polisin özü də təsdiqləyib. “Biz bütün dairədə, o cümlədən əsas magistrallarda, tranzit mərkəzlərində və ticarət mərkəzlərində polis əməkdaşlarının sayını artırdıq”, – Feyrfaks dairəsinin polis rəisi Kevin Davis deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki