image-46backend

ABŞ-dan Azərbaycana qarşı anti-demokratik ADDIM

image-reklam_sirab_01

“Azərbaycanın o sammiti keçirməyə daha çox haqqı var”

 

ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda “Demokratiya zirvəsi” adlı sammit keçiriləcək. Cənubi Qafqaz ölkələrindən Azərbaycan istisna olmaqla, Ermənistan və Gürcüstan bu sammitə dəvət alıb.

 

Dəvət olunan dövlətlərin siyahısına nəzər salanda görürük ki, “Ağ Ev” yenə də hanısa siyasət arxasınca gedir, dəvət olunmayan ölkələrə öz üsuli ilə anti-demokratik “damğa” vurmağa çalışır.

 

ABŞ-ın demokartiya anlayışı nədən ibarətdir, Azərbaycanın dəvət olunamamasının səbəbi torpaqlarını 30 il işğal altından çıxarmasıdır?

 

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, ABŞ-ın yürütdüyü siyasət diskriminasiya xarakteri daşıyır:

 

“Bayden seçki zamanı bəyan etmişdi ki, belə bir beynəlxalq tədbiri keçirəcək. Bu da başadüşülən idi, çünki çevrəsindəki beyin mərkəzləri, siyasi qüvvələr onun üzərindən dünya miqyasında parçalanmalar həyata keçirib. Burada məsələ dünyanı demokratik və anti-demokratik olaraq bölməkdə deyil. Buraya dəvət olunan 109 ölkənin dayanıqlı bir kriteriya əsasında seçildiyini heç kim istisna etməz. Afrikanın dövlət etiketlərinə uyğun gəlməyən ölkələrini dəvət etdikləri halda Azərbaycanı dəvət etməməsi siyasi məqsəd güdür”.

 

Amerikada demokratiya anlayışı nə ilə müəyyən olunur?

 

Z.Oruc deyib ki, Amerikada seçki birbaşa xalqın istəyi ilə müəyyən olunmur:

 

“Baydenin özünün saxta yolla seçildiyi haqda sübutlar var. Onların məqsədi dünyaya yeni siyasi hücumlar hazırlamaqdır. Xüsusilə də Rusiya və Çinə qarşı öz çevrəsində birlik yaratmaq istəyini heç gizlətmək istəmirlər”.

 

Deputat bildirib ki, ABŞ Azərbaycana qarşı siyasi məqsədlər güdür:

 

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, xalqın doğma torpaqlarına qayıdışının hüquqi bərpa olunması ən böyük demokratiya zirvəsidir. Əslində Azərbaycanın belə bir sammiti keçirməsinə mənəvi olaraq daha çox haqqı var. Onlar demokratiya turlarını keçirəndə unutmasınlar ki, bir millətin iyirmi faiz ərazisi və bir milyona qədər əhalisi qaçqın şəkildə yaşayırdısa, bu, Amerikanın nəzərdə tutduğu demokratiya anlayışına zərbədir. Bizim vətəndaşlarımızın sosial, iqtisadi hüquqları da məhz birinci təməlimizdir.

 

Gürcüstanın qoşulmasına sevinirik və alqışlayırıq. Lakin 2003-cü ildə Sovet ideologiyasını yıxan, Amerika layihəsinin başında duran Saakaşvili həbsdədir. Həbsdə olan şəxs o adamdır ki, Amerikanın partnyorudur və “Qızıl gül” inqilabının lideridir. Saakaşvili Gürcüstanda ciddi demokratik islahatlara imza atan lider kimi bu gün də sevilir.

 

Eynilə Ermənistanda da vəziyyət ürəkaçan deyil. Xalq küçələrdədir, amma hər bir halda Ermənistan işğalçı statusunu neçə illərdir saxlayıb. Belə ölkəni demokratik ölkə olaraq görürlərsə, bu, çox qeyri-adi yanaşmadır. Ancaq “Demokratiya Sammiti”ndə ölkə seçilərkən, bu amil nəzərdən qaçmamalı idi. Demək ki, burada insan haqları, demokratiyanın real durumu əsas rol oynamır. Burada seçim geopolitikdir, yəni, daha artıq dərəcədə Türkiyəyə, Azərbaycana və digər dövlətlərə təsir etmək, onu diktə altında saxlamaq, yönləndirmək, region ölkələrinə qarşı çıxmaq niyyətindədirilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki