ABŞ-ın son hücumları nəticəsində İranda 55 nəfər ölüb, yaralananların sayı isə 629-a çatıb. Vətəninfo.az xəbər verir ki , bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kermanpur X-dəki paylaşımında bildirib.
Paylaşımda deyilir: “ABŞ-ın 27 iyunda hava hücumlarının başlanğıcından 23 iyul saat 9-dək 629 nəfər yaralanıb, 55 nəfər ölüb”.
Həmçinin qeyd olunur ki, yaralananlar arasında 46 qadın və 24 uşaq və yeniyetmə, qurbanlar arasında isə 6 qadın və 3 uşaq var.
Kermanpur əlavə edib ki, bu müddət ərzində 52 əməliyyat keçirilib və 36 nəfər hələ də xəstəxanadadır.
Son həftələrdə ABŞ, iki ölkə arasında 18 iyunda imzalanan atəşkəs razılaşmasına baxmayaraq, İranın müxtəlif bölgələrinə, o cümlədən vacib infrastruktura hücumlar həyata keçirib. Hücumlardan sonra İran Fars körfəzindəki Amerika hərbi bazalarına hücumlar edib.


























