image-6backend

ABŞ lideri gələn il koronavirusla əlaqədar sammit çağırmaq niyyətdindədir

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden 2022-ci ilin əvvəlində yeni növ koronavirus infeksiyası ilə əlaqədar yeni sammit çağırmaq niyyətindədir.

Veteninfo.az xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

O, koronavirusla bağlı sentyabrda keçirilən virtual sammitdə gələn ilin sentyabrına qədər dünya əhalisinin 70%-nin peyvənd edilməsi təşəbbüsü ilə çıxış edənin məhz C. Baydenin olduğunu vurğulayıb.

“Birləşmiş Ştatlar 1 milyard dozadan çox peyvənd təklif edib və biz artıq onların 225 milyondan çoxunu bağışlamışıq. Beləliklə, prezident Co Bayden planı təqdim etmək üçün dünyanı topladı. Bu məqsədlərə nəzarət etmək üçün (ABŞ Dövlət Katibi Entoni Blinken – Red) noyabr ayında növbəti tədbir keçirəcək və Bayden gələn ilin əvvəlində dünyanı yenidən bir araya gətirəcək”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki