image-0backend

ABŞ rəsmiləri Ermənistana gəlir

image-reklam_sirab_01

ABŞ hökumətinin bir qrup yüksəkçinli məmuru Ermənistana səfər edəcək. Vətəninfo.az bildirir ki, bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən xəbər yayıb.

Həmin məlumatda deyilir ki, İrəvana gələcək heyətin tərkibində USAID-ın rəhbəri Samanta Pauer, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Yuri Kim də olacaq.

Qeyd edilir ki, amerikalılar Ermənistanın suverenliyi, demokratiya məsələləri və Qarabağdan Ermənistana köçmüş ermənilərin humanitar problemlərini müzakirə edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki