image-3989518e-fd8e-3a92-8633-396428d5017f_850backend

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

image-reklam_sirab_01

ABŞ hökuməti Rusiyanın bir vətəndaşını, həmçinin Almaniya və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki şirkət daxil olmaqla Rusiya əleyhinə sanksiyaların siyahısını genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs və şirkətlər Amerika istehsalçılarından hərbi və milli təhlükəsizliyə həssas ikili istifadə texnologiyalarının alınması və onların Rusiyada son istifadəçilərə çatdırılması ilə məşğul olub.

Məhdudiyyətlər Yuri Orexovaya məxsus “Nord-Deutsche Industrieanlagenbau GmbH” və “Opus Energy Trading LLC” şirkətlərinə qarşı tətbiq edilib.

Sanksiya siyahısına düşmək ABŞ-dakı aktivlərin dondurulması, Amerika vətəndaşlarına və ya şirkətləri ilə iş aparmasına qadağa qoyulması deməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki