image-13backend

ABŞ Senatının üzvləri Baydeni neft ixracını qadağan etməyə çağırıblar

image-reklam_sirab_01

ABŞ Senatının 11 üzvü Prezident Cozef Baydeni xam neftin ixracını və milli ehtiyatlardan istifadəni qadağan etməyə çağırıb.

Veteninfo.az xəbər verir ki, bu barədə “The Epoch Times” nəşri məlumat yayıb.

Senatorlar Prezidentə göndərdikləri məktubda bu qərarın yanacağın və qazın pərakəndə satış qiymətlərinin artımının qarşısını alacağını iddia edirlər.

Məktubda deyilir ki, OPEC neft tədarükünü məhdudlaşdırmaqla qiymətləri qəsdən manipulyasiya edir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Baydenin inaqurasiyasından sonra qazın qiyməti hər ay artıb.

Cozef Bayden ötən həftə bildirib ki, Rusiya və digər OPEC+ ölkələri neft hasilatını artırmaqdan imtina etsələr, bu, yanacağın qiymətinin daha da artmasına səbəb olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki