image-f355cf52-b082-33dc-a6ab-848011398a51_850backend

ABŞ və Ukrayna infrastrukturun bərpası üçün birgə işçi qrup yaradacaq

image-reklam_sirab_01

ABŞ və Ukrayna nümayəndələri Ukrayna infrastrukturunun bərpası və Kiyevin hərbi əməliyyatlar qarşısında kritik ehtiyaclarını təmin etmək üçün birgə işçi qrup yaratmaq niyyəti haqqında bəyanat imzalayıblar.

bu barədə ABŞ Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Birgə bəyanatı ABŞ-ın ticarət naziri Gin Rayamon, ABŞ-ın nəqliyyat naziri Pit Butticiç və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıb.

Qeyd olunur ki, işçi qrup öz fəaliyyətini Ukraynanın müharibə şəraitində kritik ehtiyaclarına və münaqişə bitdikdən sonra infrastrukturun gələcək bərpasına yönəldəcək.

İşçi qrupun ilk iclasının yaxın aylarda baş tutacağı gözlənilir. Tərəflər ABŞ özəl sektorunun yenidənqurmada iştirakını asanlaşdırmaq, Ukraynanın yenidən qurulmasına ABŞ və Ukrayna innovasiyalarının ən yaxşısını gətirmək üçün birgə səylərin gücləndirilməsini müzakirə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki