image-7backend

ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu dayandırmaq niyyətində deyil

image-reklam_sirab_01

“Hazırkı ABŞ administrasiyası ölkənin Yaxın Şərqdəki hərbi mövcudluğunu dayandırmaq niyyətində deyil”.

Veteninfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin müavini Coi Hud bildirib.

Onun sözlərinə görə, bölgədə ABŞ-ın uzunmüddətli maraqları hələ də qalmaqdadır:

“Son vaxtlar bu mövzuda çoxlu dezinformasiyalar yayıldığı üçün xüsusilə qeyd etməliyəm ki, təhlükəsizlik sahəsində əməkdaşlığımız davam edəcək. 70 ildən çoxdur ki bölgədəki müntəzəm hərbi mövcudluğumuz saxlanılır. Və bu fundamental reallıq dəyişməyəcək. Biz dəyişən təhdidlər və şərtlərə uyğunlaşırıq. Ona görə də bizim indi regionda partnyorlarımızı daha güclü və özünü təmin etmək üçün hazırlamaq və təlimatlandırmaq üçün az sayda döyüşə hazır qoşunlarımız var”.

Eyni zamanda, o, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini təhlükəsizlik problem kimi nəyin dəqiq hesab edilməli olduğuna daha geniş nəzər salmağa çağırıb.

“Dünya dəyişdikcə bizim təhlükəsizlik anlayışımız da dəyişməlidir. Ənənəvi təhlükəsizlik təhdidləri qalacaq və biz onları tərəfdaşlarla birlikdə həll edəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki