image-f99eb903-f7b9-39bd-a538-84c0617b98cb_850backend

Abşeronda 4 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

image-reklam_sirab_01

Abşeron rayonunda azyaşlı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

“Veteninfo”nun məlumatına görə, hadisə Digah qəsəbəsində qeydə alınıb. 2018-ci il təvəllüdlü Bağırov Həsən Akşin oğlu ehtiyatsızlıqdan yaşadığı evin 2-ci mərtəbəsindən yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki