Fatmayı qəsəbəsində yol qəzası bir nəfərin ölümünə səbəb olub.
Hadisə Digah-Fatmayı şossesində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobillə “Mercedes” toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü – 1993-cü il təvəllüdlü Səmədov Ramin İlyar oğlu hadisə yerində ölüb. 1998-ci il təvəllüdlü Sadıqzadə Mircəlal Səbuhi oğlu, 2002-ci il təvəllüdlü Salayev Rəşad Novruz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.