image-reklam-veteninfo
image-1backend

Adolf Hitlerin doğulduğu evdə polis bölməsi açılıb

image-reklam-veteninfo

Reuters agentliyinin verdiyi məlumata görə, Avstriyanın daxili işlər naziri Gerhard Karner və digərlərinin qatıldığı mərasimdə Adolf Hitlerin doğulduğu Avstriyanın İnsbruk şəhərindəki evdə polis bölməsi açılıb.

Vətəninfo.az xəbər verir ki, Avstriya hakimiyyəti illərdir evin sahibi ilə hüquqi mübahisə aparırdı və bu mübahisə 2016-cı ildə binanın ictimai məqsədlər üçün müsadirə edilməsi ilə başa çatdı. Hitlerin doğulduğu evin sökülməsi planlaşdırılırdı, lakin sonda bu niyyətdən əl çəkib binada polis bölməsi yerləşdirmək qərara alındı.

2020-ci ildə binanın yenidən qurulması üçün keçirilən müsabiqənin nəticələri yekunlaşdırıldıqda, onun polis bölməsinə çevrilməsinə beş milyon avro xərclənəcəyi bildirilmişdi.

Reuters-in qeyd etdiyi kimi, indi bizə Hitlerin bu binada anadan olduğunu xatırladan yeganə şey, Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində “Faşizm – bir daha heç vaxt” sözləri həkk olunmuş evin yaxınlığındakı xatirə daşıdır.

Adolf Hitler 1889-cu ildə Zaltsburq yaxınlığındakı İnsbruk şəhərindəki bu evdə anadan olub. İllər ərzində evdə məktəb, kitabxana və əlilliyi olan insanlar üçün sığınacaq yerləşib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki