image-70backend

“ADY Konteyner” yeni istiqamətlərdə yükdaşımalara başlayacaq

image-reklam_sirab_01

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC yeni istiqamətlərdə yükdaşımalara başlayacaq.

Bu barədə “Report”un Türkiyə bürosuna açıqlamasında şirkətin direktoru Natiq Cəfərov məlumat verib.

O, İstanbulda keçirilən “Logistrans-2021” beynəlxalq logistika və nəqliyyat sərgisində iştirak edib.

“Yeni layihəmiz Rusiyanın şərq limanlarına (Naxodka, Vostoçnıy), həmçinin oradan Samur-Yalama xəttinə qədər, buradan isə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyə və Avropaya yükdaşımalarından ibarətdir. Hazırda “ADY Konteyner” Türkiyədə logistika və nəqliyyat sahəsində bir çox şirkətə əməkdaşlıq edir. Əsas tərəfdaşımız “Pasific Eurasia” şirkətidir. Bu şirkət Türk Dəmiryollarının frakt agenti olduğu üçün bütün layihələrimizi birlikdə həyata keçiririk”, – deyə o qeyd edib.

“Yeni məhsulların daşınması yeni layihələrdən asılıdır. Bugünkü layihələr Çinin Qaşqar şəhərindən Qırğızıstanın Oş şəhərinə, oradan isə Türkmənbaşı və Bakıya, eləcə də BTQ ilə Türkiyəyə məhsul daşınmasını nəzərdə tutur”, – deyə N.Cəfərov əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki