“Borussiya Dortmund”un hücumçusu Seru Girassi 1/4 finalın “Barselona” ilə cavab oyununda (3:1) het-trik edərək, bu mövsüm Çempionlar Liqasının bombardiri olub.
Girassinin aktivində 13 qol var və yarışda 12 qol vuran Kataloniya klubunun braziliyalı cinah oyunçusu Rafinyanı geridə qoyub.
İlk üçlüyü 11 qolla “Barselona”nın polşalı hücumçusu Robert Levandovski tamamlayır.
Transfermarketin məlumatına görə, Seru Girassinin transfer dəyəri 40 milyon avrodur.