image-1590095130_1590053233_untitled-1backend

Ağstafa yeni inkişaf yolunda: gənc icra başçısının uğurlu bir ili

image-reklam_sirab_01

Son aylar Azərbaycanda istər mərkəzi, istərsə də yerli hakimiyyət orqanlarında kadr dəyişkilikləri baş verir. Bu dəyişikliklər arasında diqqət çəkən məqam gənclərin önə çəkilməsidir. Ölkənin ən gənc təyinatlılarından biri də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdur. S.Orucovun icra başçısı kimi fəaliyyətinin bir ili tamam olur. Ötən bir ilə nəzər yetirib gənc icra başçısının fəaliyyətini diqqətə çatdıracayıq. Amma ilk öncə Seymur müəllim haqqında

Qısa məlumat

Seymur Vaqif oğlu Orucov 27 oktyabr 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetininin bakalavr və magistratura pilləsini bitirmişdir. “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almışdır. Azərbaycan Dövlət İqtisad Universitetində kafedranın aspirantı və müəllimi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri , 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru, 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifələrində işləmişdir. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Dörd övladı var.Cəmiyyətdə tez-tez bu məsələlər gündəmə gəlir, köhnə və yeni kadrlar arasında müqayisələr aparılır.

Gənc, amma təcrübəli və müdrik

Hər şeydən öncə onu qeyd edək ki, S.Orucov Ağstafada icra başçısı kimi bir illik fəaliyyətində pafoslu təbliğata yox real işə üstünlük verib. Özü də bu müddətdə görülən işlər, maraqlı təşəbbüslər, həyata keçirilən tədbirlər kifayət qədərdir və təbii ki, bütün bunlar barədə danışmaq olar. Gənc olmasına baxmayaraq, həddindən artıq təmkinli, daha dəqiq desəm, təvazökar insan təsiri bağışlayan icra başçısı tutduğu mövqenin, göstərilən etimadın və məsuliyyətin fərqindədir: “Əgər cənab Prezident məni bu gənc yaşımda 90 min nəfər əhalisi olan böyük bir rayona icra hakimiyyətinin başçısı təyin edibsə, deməli, inanıb, etimad göstərib. Elə isə mən nə etməliyəm? Bütün varlığımla bu etimadı doğrultmalıyam, əhalinin qayğıları ilə məşğul olmalıyam”. Belə bir baxışın nəticəsidir ki, son bir il ərzində rayonda görülən hər bir iş – bulaq çəkməkdən tutmuş fabrik, zavod, məktəb, yaşayış binası tikməyədək – hər bir işə vəzifə borcu kimi yanaşılıb. Onsuz da ölkədə son 17-18 ildə nə iş görülübsə, cənab Prezidentimizin gərgin əməyinin, uzaqgörənliyinin, apardığı düzgün daxili və xarici siyasətin sayəsində başa gəlib. Ağstafa da onun kimi. Kömək, diqqət, qayğı olmasaydı, heç nə etmək mümkün deyildi. Bu mənada tam qətiyyətlə demək olar ki, Seymur Orucov layiqli icraçı, etmadı doğruldan rayon rəhbəridir.

“Abad Həyət” layihəsi

Ağstafada diqqəti daha çox görülən işlərin əvvəlcədən planlaşdırılması və onun hazırlığının aparılması çəkir. Yəni, kor-koranə heç nə həyata keçirilmir. Məsələn, icra hakimiyyəti hələ keçən il təşəbbüs irəli sürdü ki, şəhərdə çoxmərtəbəli yaşayış binalarının qarşısında, digər yerlərdə “Abad həyət” layihəsi həyata keçirilsin. Komissiya yaradıldı, mütəxəssislər cəlb olundu, görüləcək işlərin eskizləri hazırlandı, bir neçə dəfə müzakirə olundu. hətta sakinlərin rəyləri və arzuları da nəzərə alındı. Yalnız bundan sonra işə başlanıldı. Doğrudur, məlum pandemiya, digər sahələrdə olduğu kimi, abadlıq-quruculuq işlərinə də mane oldu, bu prosesi bir qədər ləngitdi. Lakin tamamilə dayandıra bilmədi. Rayon icra hakimiyyətinin başçısı, digər məsul şəxslər tez-tez bu sahədə işlərin gedişinə nəzarət etdilər, lazımi kömək göstərdilər. Hamının ürəyindən xəbər verən bir təşəbbüsün nəinki unudulmasına, əksinə, daha geniş yayılmasına nail oldular. Artıq belə bir nümunəvi həyət hazırdır. Hər şəraiti var. Yaxınlıqdakı bina sakinlərinin uzağa getməsinə ehtiyac yoxdur. Çünki “Abad həyət”də rahat skamyalardan tutmuş, gül-çiçəyə, uşaqların əyləncəsinə kimi, nə desən var. Artıq ikinci belə bir həyət hazırlanır. Maraqlı və təqdirəlayiq haldır ki, icra hakimiyyətinin daxili imkanları hesabına ərsəyə gələn belə məhəllələrin salınmasında sakinlər də həvəslə iştirak edirlər.

Yeni məktəb binası

Həm şəhərdə, həm də ən ucqar kəndlərdə belə abadlıq-quruculuq işlərinin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Hazırda Təhsil Nazirliyinin sifarişi əsasında rayonun Sadıqlı kəndində 360 şagird yerlik məktəb binasının tikintisi davam etdirilir. Dağ Kəsəmən kəndinin yeni məhəlləsi qazlaşdırılmışdır. Ağstafa şəhərinə bitişik yaşayış massivinin qazlaşdırılması layihəsi hazırlanmış, xidmət sahəsinin daxili imkanları hesabına küçələrə qaz xəttinin çəkilişinə başlanılmışdır. Ağstafa elektrik şəbəkəsi tərəfindən Göycəli və Qırılı kəndlərindəki elektrik yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır. Rayonun iri yaşayış məntəqələrindən olan Dağ Kəsəmən kəndinin 1,8 kilometr uzunluğunda olan mərkəzi küçəsində abadlıq işlərinə başlanılmışdır. Hazırda küçədə səki daşlarının quraşdırılması, işıqlandırma sisteminin bərpası işləri həyata keçirilir. Küçədə piyadaların sərbəst hərəkəti üçün səkilərin salınması və küçənin asfaltlanması işlərinə hazırlıq görülür.

Ağstafa şəhərinin və kəndlərin abadlığı

Ağstafa şəhərinin Natiq Sədiyev, Ədalət Nəbiyev, Rəşid Behbudov, Füzuli və digər küçələri yenidən qurulmuş, asfalt-beton örtük salınmışdır. Yaşayış binalarının həyətləri tamamilə asfaltlanmış, söhbətgahlar təmir olunmuş, həyətlərdə abadlıq işləri başa çatdırılmışdır. Ş.Qurbanov küçəsində hər biri 5 mərtəbəli 23 və 24 nömrəli yaşayış binalarının həyətlərində vətəndaşlar tərəfindən qanunsuz aparılmış tikililər sökülmüş və hazırda ərazidə “Abad həyət” layihəsi həyata keçirilir. Şəhərin Hüseyn Arif küçəsindəki çoxmənzilli yaşayış binalarının həyətindəki asfalt örtüyündə, işıqlandırma sistemində, söhbətgahlarda da təmir işləri həyata keçirilmişdir. Mövcud parklarda və küçələr boyunca yaşıllıqların salınmasına başlanılmış, 1000 ədəddən çox müxtəlif növlü tinglər əkilmişdir.
Yaşayış məntəqələrində içməli və suvarma suyuna olan tələbatla bağlı işlər səngimir. Ötən il 10 ədəd subartezian quyusu qazılmış və cari ildə daha 6 quyunun istifadəyə verilməsi planlaşdırılır. Rayonun Həsənsu kəndində və Vurğun qəsəbəsində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə “Azərsu” ASC-nin balansında olan, uzun illər yararsız vəziyyətə düşmüş iki ədəd subartezian quyusu, onlara xidmət edən elektrik xətti və qurğuları da bərpa olunmuşdur. Uzun illər diqqətdən kənarda qalan kəndlər indi abadlaşdırılır, sürətli internet şəbəkəsi quraşdırılır, digər problemlər həll olunur.

Keşikçidağa qayğı

Rayonda tarixi abidələrin bərpası, qədim tikililərin qorunması istiqamətində görülən işlər son vaxtlar daha mütəşəkkil xarakter daşıyır. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı və digər məsul işçilər Keşikçidağ qoruğuna çəkilən yolda işlərin gedişi ilə yaxından tanış olublar. Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayondakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gedən yeni avtomobil yolunun inşasına bir neçə aydır ki, başlanıb. “Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci kilometrliyindən götürür. İkinci texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.

Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Təxminən VI əsrə aid edilən “Keşikçidağ” qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir.
Məqsəd sərhəd bölgəsini, sözün əsl mənasında, turizmin mərkəzinə çevirməkdən ibarətdir. Bu istiqamətdə aparılan işə rayon icra hakimiyyəti tərəfindən xüsusi diqqət yetirilir və böyük önəm verilir.

Şəhid ailələrinə və Qazilərə diqqət

Rayon icra hakimiyyəti, ümumiyyətlə, müharibə iştirakçılarına, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşır. Seymur Orucovun elə ilk gündən “özünüzü bir anlığa şəhid ailəsinin yerində hiss edin…” deməsi sanki bu həssas məqama o zaman bir daha aydınlıq gətirmişdi. Onda heç Vətən müharibəsi də başlamamışdı. Rayon rəhbəri ölkə Prezidentinin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara münasibətlərindən, qayğı və nəvazişlərindən konkret misallar gətirmiş, nümunələr göstərmişdi. Amma heç bilmirdi ki, bir neçə ay keçəcək, rəhbərlik etdiyi Ağstafa da yeni şəhidlər verəcək, qolunu, ayağını, gözünü itirən qaziləri evə dönəcəklər.

Ağstafa böyük qələbəmizlə başa çatan bu müharibədə 50 şəhid verdi. Böyük Kəsik kəndindən Asif Yusifli, Zəlimxan kəndindən Fərrux Abbasov, Qırılıdan Elgün Abdullayev, Eynallıdan Zöhrab Abbasov, Ağstafa şəhərindən Nihad Abdullayev və başqaları böyük qəhrəmanlıqlar göstərdilər, bu torpaq uğrunda canlarından keçdilər. Elə götürək Asif Yusiflini. Müharibə başlayanda Xüsusi təyinatlı kəşfiyyat dəstəsinin üzvi olan bu igid gənc Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşması, göstərdiyi rəşadət haqqında döyüş yoldaşları indiyədək danışırlar. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğunun binası üzərinə bayrağı məhz Asif sancıb. 26 yaşlı ağstafalı şəhid, ümumilikdə, 26 yerdə Azərbaycan bayrağını ucaldıb. Müharibənin ilk həftəsində Asif yaralanır və hospitalda müalicə almalı olur. Lakin cəmi üç gün sonra o, hələ tam sağalmamış yaralarını sarıyıb yenidən döyüş meydanına qayıdır. Sayca azlıqda olmasına baxmayaraq, Asifin üzvü olduğu dəstə ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir. Həmin döyüşdə Asif düşmənin atdığı qumbaradan ağır yaralanır və beləcə şəhidlik zirvəsinə yüksəlir…Ağstafalı igid Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına, müxtəlif medallara layiq görülür.

O ağır günləri ağstafalılar heç vaxt unutmayacaqlar. Elə şəhid olmadı ki, onun dəfni ümumrayon hüznünə çevrilməsin. Elə qazi qalmadı ki, o gül-çiçəklə, təmtəraqla qarşılanmasın. Əsirlikdən qayıdan Amin Musayev evinə əllər üstündə gəldi. Elə ailə qalmadı ki, rayon rəhbərləri, ictimaiyyət nümayəndələri onun qapısını bir neçə dəfə döyməsin, şəhid balalarının başlarını sığallamasın, analarının əllərindən öpməsin, toxtaqlıq verməsin… Bayramlarda, ad günlərində, hətta şəhidin dünyaya yenicə göz açan balalarının adqoyma mərasimlərində iştirak etmək sanki bir ənənəyə çevrildi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki