image-dsc_1252-1backend

Ağstafada cari tədris ilində fərqlənən təhsil işçiləri və şagirdlər təltif olunublar

image-reklam_sirab_01

2020-2021-ci tədris ilində Ağstafa rayonunun ümumtəhsil məktəblərində fərqlənən müəllim və şagirdlər, o cümlədən 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlər və “Qarabağ aşıq sənəti” musiqi festivalının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman” və hədiyyələri ilə təltif olunublar. Pandemiya dövrünün tələblərinə uyğun olaraq açıq hava şəraitində təşkil olunan tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Rayon Təhsil Şöbəsinin məsul şəxsləri iştirak ediblər.
Təltif olunanlar və tədbirdə digər çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xatirə şəkli çəkdirilib.

image-dsc_1327

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki