image-dsc_0324backend

Ağstafada Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

image-reklam_sirab_01

Ağstafada Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, könüllü gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ekoloji tarazlıq və ətraf mühitin qorunması məqsədi ilə təşkil olunan aksiya çərçivəsində təbii-coğrafi amillər nəzərə alınmaqla rayon ərazisində ümumilikdə 500 ədəd eldar şamı və sərv cinsindən olan ağac növləri əkilib. Həmçinin təşkil olunan ümumrayon iməcliyində yaşıllıqlara xüsusi qulluq göstərilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki